Dünya çempionatının seçmə mərhələ oyununda üz-üzə gələcək Lüksemburq və Azərbaycan milli komandalarının start heyətəri açıqlanıb.
Yenicag.az xəbər verir ki, yığmalar meydana aşağıdakı heyətlə çıxacaqlar.
Lüksemburq: 1. Antoni Moris, 3. Enes Mahmutoviç, 8. Kristofer Martins, 9. Danel Sinani, 10. Jerson Rodriges, 13. Dirk Karlson, 15. Olivye Til, 16. Leandro Barreyro, 17. Mika Pinto, 18. Loran Yans, 21. Sebastien Thil
Baş məşqçi: Lük Holts
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev, 8. Emin Mahmudov, 9. Əli Qurbani, 13. Abbas Hüseynov, 17. Toral Bayramov, 20. Filip Ozobiç, 21. İsmayıl İbrahimli
Baş məşqçi: Canni De Byazi
Qeyd edək ki, Lüksemburq stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
***
Lüksemburq – Azərbaycan matçı başladı.
***
Qarşılaşmanın 8-ci dəqiqəsində Lüksemburq Pintonun qolu ilə hesabı açdı: 1-0.
***
Rodriges görüşün 26-cı dəqiqəsində penaltidən fərqi artırdı: 2-0.
***
Emin Mahmudov cərimə zərbəsindən vurduğu qolla fərqi azaltdı: 2-1.
***
Lüksemburq Azərbaycan millisinə 2-1 hesabı ilə qalib gəldi.
Qeyd edək ki, millimiz qrupda bundan öncəki iki görüşündə də məğlub olub.