“Sabah” “Şamaxı”nı məğlub etdi

media-hightechnic-468x90

Misli Premyer Liqasında XXXIV tura start verilib.

Yenicag.az xəbər verir ki, açılış matçında “Sabah” “Şamaxı”nı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib – 3:1. Meydan sahiblərinin qollarını 12 və 72-ci dəqiqədə İqor Noqeyra, 90+3-cü dəqiqədə Pavol Safranko vurub.

Qonaqlardan Leroy Mikels 26-cı dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 44-ə çatdıran “Sabah” beşinci pillədə qərarlaşıb, “Şamaxı” isə 36 xalla yeddinci sıradadır.

Qeyd edək ki, tura mayın 11-də yekun vurulacaq./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600