Mir Şahin doğma kəndinə asfalt yol çəkdirib: “Heç vaxt ora asfalt gedib çatmamışdı” – VİDEO

Real TV-nin rəhbəri Yardımlının ucqar kəndinə yol çəkilişindən danışıb.

Yennicag.az xəbər verir ki, Real TV-nin rəhbəri Mir Şahin özünün müəllifi olduğu “Mir Şahinin vaxtı” verilişində doğma Perimbel kəndinin yol probleminin həllinə nail olmasından bəhs edib.

Onun sözlərinə görə, bu təşəbbüs dövlət başçısı tərəfindən dəstəklənib və müsbət nəticələnib:

“Sizə Yardımlının Perimbel kəndindən danışmaq istəyirəm. Heç vaxt ora asfalt gedib çatmamışdı. Yardımlıdan Perimbel kəndinə qədər olun yolun asfaltlanması təşəbbüsü ilə mən çıxış etdim.

Bu təşəbbüs nəticəsində cənab prezidentin tapşırığı və Saleh müəllimin işə qarışması ilə Yardımlı-Perimbel “nəqliyyat münasibətləri” tarixində fantastik addım atıldı. Bu gün Yardımlı-Perimbel yolu Azərbaycanın ən yaxşı, keyfiyyətli asfaltlarından biridir”.

 

COP29