!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mobil telefon və kompüter qocalmaya səbəb olur

!Reklam – Yazi

Kompüterlər və mobil qurğuların ekranlarından buraxılan mavi işığın uzunmüddətli təsiri qocalma prosesini sürətləndirə bilər.

Yenicag.az ict.az-a istinadən xəbər verir ki, mütəxəssislər mavi işığın gözün torlu qişası və beyin hüceyrələrini zədələdiyini açıqlayıblar.

Alimlər “Drosophila melanogaster” adlı meyvə milçəkləri üzərində aparılan sınaqlardan sonra bu nəticəyə gəliblər.

Mütəxəssislər milçəklərin işıq diodlarının mavi işığı ilə 12 saat şüalanmaya necə reaksiya verdiklərini müşahidə ediblər. Mavi işığın qocalmanı sürətləndirdiyi məlum olub. Bu proses, hətta gözləri olmayan milçəklərdə də baş verib. Gözün torlu qişasının hüceyrələrinin və beyin neyronlarının zədələnməsi, həmçinin hərəki fəallığın pozulması qeydə alınıb.

Mütəxəssislər mavi işığı filtrasiya edən və torlu qişanı qoruyan sarı linzalara malik eynəklərdən istifadə etməyi məsləhət görürlər. Həmçinin telefonlar, noutbuklar və digər rəqəmsal qurğularda mavi şüanı bloklamaq lazımdır.

www.yenicag.az

5136
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv