“Qarabağ” 5 milyona satdığı futbolçunu geri qaytarır?

media-hightechnic-468x90

“Qarabağ”ın sabiq futbolçusu Juninyo Olavio gələcək karyerası ilə bağlı qərar verməyə tərəddüd edir.

Yenicag.az Braziliya mətbuatına istinadən xəbər verir ki, “Flamenqo”nun hücumçusu Səudiyyə Ərəbistanından gələn sərfəli təkliflərə cavab verməyə tələsmir.

İlin əvvəlində “Qarabağ”dan 5 milyon avro qarşılığında “Flamenqo”ya keçən 28 yaşlı forvard Braziliya klubunda əsas heyətə düşməkdə çətinlik çəkir. Bundan yararlanan “Ər-Riyad” və “Najran” onu icarəyə götürmək üçün qarşı tərəfə rəsmi təklif göndərib. Üstəlik, son vaxtlar onun adı yenidən sabiq komandası “Qarabağ”la da birgə hallanır.

Braziliya millisinə düşməyi hədəfləyən forvardın ilk seçimi “Flamenqo”da qalmaqdır. Ancaq baş məşqçi Filipe Luislə danışıqdan çox şey asılı olacaq. Juninyo əsas heyət şansının olmayacağı qənaətinə gəlsə, o zaman digər variantlara nəzər yetirəcək.

Qeyd edək ki, Juninyonun “Flamenqo” ilə müqavilə müddəti 2028-ci ilin dekabrına qədərdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600