Tramp üçüncü dəfə Netanyahu ilə GÖRÜŞƏCƏK
Tramp bu axşam Ağ Evdə Netanyahu ilə görüşəcək
Yenicag.az “CNN”ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu axşam Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edəcək.
Bu, Trampın yanvar ayında prezident kimi ikinci müddətinə başlamasından sonra Netanyahu ilə üçüncü görüşü olacaq.
Görüşün Qəzza zolağında davam edən münaqişə və İranla yaşanan gərginlik fonunda baş tutması diqqət çəkir. Məlumata görə, Tramp İsraili Qəzzada atəşkəsə razı salmaq və bütün girovların azad olunması üçün Netanyahunun üzərinə təzyiqləri artırıb.
Vaşinqtondakı diplomatik mənbələr bildirir ki, Netanyahu ilə paralel olaraq İsrailin strateji işlər naziri Ron Dermer də ABŞ-də səfərdədir və bir sıra yüksək səviyyəli ABŞ rəsmiləri ilə məxfi məlumat mübadiləsi aparır.
Göycə Göycəyev