Moskva polisi Fransa vətəndaşlarını zəhərləyib sonra isə soyan azərbaycanlıları saxlayıb.
Yenicag.az Lent.az-a istnadən məlumatına görə, 22 yaşlı Vəfadar Babayev və 26 yaşlı Nurlan Rəsulov Moskvanın Balaşixa qəsəbəsində həbs ediliblər.
Hər iki şəxs fransız Lazareff qardaşları və onların Tatyana adlı rəfiqələrinə qarşı quldurluqda ittiham olunurlar.
Məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan Babayev və Rəsulov öz qurbanlarını “Kreyzi Deyzi” gecə klubundan götürərək, onları yaşadığı ünvana aparırmışlar. Amma yolda fransızları və Tatyananı psixotrop maddə qatılmış pivəyə qonaq edən sürücülər onların huşunu itirdiyini görüncə, maşını Moskva kənarına sürüblər. Bundan sonra hər üçünü meşə kənarına atan sürücülər onların pulunu və qiymətli əşyalarını götürərək aradan çıxıblar. Gecə qardaşlarda biri, Nioklas Lazaref soyuqdan donub. Aleksis Lazaref və Tatyana isə huşsuz halda tapılıblar.
Hazırda faktla bağlı cinayət işi qaldırılıb.
Yenicag.az
www.yenicag.az