Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Moskvada Qarabağ danışıqları başlayır

Reklam: Sinerji Pro

Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə günü Moskvada erməni həmkarı Edvard Nalbandyanla görüşəcək.

Nazirlər ikitərəfli münasibətlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə edəcəklər.

Məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə xüsusi önəm veriləcək.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da Rusiyaya səfəri planlaşdırılır. Rusiya XİN-in yaydığı məlumata görə, bu məsələ Lavrovun müavini Qriqori Karasinlə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu arasında keçirilən görüşü zamanı müzakirə olunub.

 

www.yenicag.az

410