Moskvanın ballistik əks-hücum doktrinası: Rusiya özünü çıxılmaz vəziyyətdən necə xilas edir?

media-hightechnic-468x90

“Rusiyanın ballistik raketlərdən istifadə etməsi Ukraynanın məktəbə zərbə endirməsinə cavab idi.”

media-banner_tuq

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Pərviz Mirizadə bildirib.

media-whatsapp-image-2026-05-26-at-12-06-22-1

Politoloq Rusiyanın Ukraynaya qarşı “Oreşnik” ballistik raketindən istifadə etməsini şərh edərkən qeyd edib ki, rəsmi Moskva Ukraynanın son hərbi uğurlarından son dərəcə qəzəblidir:

“Rusiya-Ukrayna müharibəsində hazırkı situasiyada hərbi dinamika və balans müəyyən dərəcədə Ukraynanın lehinədir. Ukraynanın müdafiə sənayesi və dron texnologiyası sahəsindəki uğurları, habelə Rusiyanın dərinliklərində yerləşən strateji əhəmiyyətli obyektlərə endirilən zərbələr Moskvanın hərbi potensialına ağır zərbə vurur. Rusiya bu üstünlüyü minimallaşdırmaq və prosesləri öz xeyrinə çevirmək üçün daha genişmiqyaslı hücumlara əl atır”.

Politoloqun sözlərinə görə, Rusiya məqsədinə çatmaq üçün ballistik raketlərdən istifadə etməkdən çəkinmir:

“Rusiya arsenalındakı müxtəlif tipli ballistik raketləri döyüşə cəlb etməyə çalışır və bunu Ukraynanın Luqansk və digər ərazilərə endirdiyi zərbələrlə, o cümlədən məktəb binasının hədəf alınması ilə əsaslandırır. Reallıq budur ki, beş ildir davam edən müharibədə Rusiyanın zərbə gücü kifayət qədər zəifləyib. Nüvə silahı istisna olmaqla, bir neçə ballistik raketin istifadəsi müharibənin gedişində əsaslı dönüş yaratmayacaq. Bu zərbələr Ukraynanın işini müəyyən qədər çətinləşdirə bilər, lakin həlledici rol oynamır. Unutmayaq ki, Ukrayna da hərbi potensialını gücləndirib və Rusiyanın həm hərbi, həm də iqtisadi dayaqlarını sarsıtmaqda davam edir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05