!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MOSSAD paylaşdı, MİT yaxaladı: İstanbuldakı nəfəs kəsən əməliyyatın DETALLARI

!Reklam – Yazi

Türkiyədə israillilərə sui-qəsd təşkil etməyə hazırlaşdıqları iddia edilən 5 iranlının saxlanılmasının detalları məlum olub.

Yenicag.az xəbər verir ki, iranlıların hədəfində sabiq İsrail diplomatının həyat yoldaşı olub.

Məlumata görə, iyun ayının 5-də İsrail xüsusi xidməti MOSSAD İstanbula turist kimi gələn bəzi vətəndaşlarının təqib edildiyini Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) ilə paylaşıb.

MİT və İstanbul Polis İdarəsi Beyoğluda bir oteldə və Beylikdüzündə bir mənzildə əməliyyat keçirərək 5 iranlını saxlayıb. Əməliyyatda 2 tapança və 2 səsboğucu ələ keçirilib.

İddiaya görə, iranlılar turist qrupunda olan təqaüdçü İsrail diplomatının həyat yoldaşını hədəfə alıblar. Məlum olub ki, iranlılar Türkiyəyə tələbə, turist və iş adamı olduqlarını deyərək gəliblər. Saxlanılan 5 nəfər İstanbul Terrorla Mübarizə Şöbəsində dindirilib.

Son günlərdə İranda bəzi alimlər və İnqilab Keşikçiləri Korpusunun mühüm şəxsləri müəmmalı şəkildə dünyasını dəyişib. Tehranda öldürüldüyü iddia edilən Hassan Siad Xoda və Natanz nüvə obyektində işləyən Kamram Malapourdan sonra zəhərlənən Ayoob Entezari həyatını itirdi. Bundan əlavə polkovnik Əli Esmaelzadə də damdan yıxılaraq ölüb. İran bu ölümlərdə İsraili günahlandırır.

“İran agentlərinin İstanbulda hücum təşkil edəcəyinə dair konkret dəlilləri var” deyən, İsrail rəsmiləri vətəndaşlarına İstanbulu tez bir zamanda tərk etmələrini tövsiyə edib. Bu çağırışdan sonra Türkiyədəki minlərlə israilli turist öz ölkələrinə qayıdıb.

İranlıların israilli turistləri hədəf aldıqları məlum olanda Türkiyə və İsrail hərəkətə keçib. Turistlər İstanbulda olarkən MİT-in dəstəyi ilə təcili olaraq İstanbul Hava Limanına aparılaraq ölkələrinə göndərilib.

İsrail prezidenti İsaak Hersoq iyunun 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək əməliyyata görə təşəkkür edib.

Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hətibzadə İsrailin iddialarını “iki müsəlman ölkəsi arasında münasibətləri pozmağa yönəlmiş əvvəlcədən düşünülmüş ssenari” kimi qiymətləndirib.

www.yenicag.az

748
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv