Rusiya Odessaya raket zərbəsi endirib, iki nəfər ölüb

media-hightechnic-468x90

Rusiya ordusu iyulun 11-i səhər saatlarında Ukraynanın Odessa şəhərinə raket zərbəsi endirib, nəticədə 2 nəfər ölüb, bir nəfər yaralanıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.

“Odessaya endirilən raket zərbəsi nəticəsində, ilkin məlumata görə, təəssüf ki, iki nəfər ölüb. Daha bir nəfər – 24 yaşlı kişi qəlpə yarası alıb”, – Oleq Kiper bildirib.

O bildirib ki, raket zərbəsi mülki infrastruktur obyektini hədəf alıb.

Hazırda hadisə yerində bütün aidiyyəti xidmətlər çalışır, yaralıya tibbi yardım göstərilir və hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05