“Türk dünyasının media həmrəyliyi güclənməlidir” - İdris Taş “Yeni Çağ” Media Qrupunu ziyarət etdi

media-hightechnic-468x90

Antalya Jurnalistlər Cəmiyyətinin sədri, eyni zamanda Türk İnternet Media Birliyinin (TİMBİR) üzvü olan İdris Taş işgüzar səfər çərçivəsində Azərbaycanda olub.

media-banner_tkm

Səfər zamanı İdris Taş “Yeni Çağ” Media Qrupunu ziyarət edib, media qurumunun rəhbəri Aqil Ələsgər ilə görüş keçirib.

Görüşdə Azərbaycan və Türkiyə arasında media sahəsində əməkdaşlığın hazırkı vəziyyəti, ortaq layihələrin həyata keçirilməsi və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

media-img_7584

İdris Taş “Yeni Çağ”a müsahibəsində Azərbaycan və Türkiyə mediasının daha sıx əməkdaşlıq etməsinin vacibliyini vurğulayaraq bildirib ki, iki qardaş ölkənin informasiya məkanında vahid mövqedən çıxış etməsi, beynəlxalq platformalarda birgə lobbiçilik fəaliyyətinin gücləndirilməsi dövrün əsas tələblərindən biridir.

O qeyd edib ki, Türk dünyasının media qurumları və vətəndaş cəmiyyəti təşkilatları arasında əlaqələrin genişləndirilməsi ortaq informasiya siyasətinin formalaşmasına, dezinformasiyaya qarşı daha effektiv mübarizəyə və türk dövlətlərinin səsinin beynəlxalq ictimaiyyətə daha güclü çatdırılmasına mühüm töhfə verəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05