Gözlənilən MÜAVİNƏT ARTIMI: Komitə sədrindən AÇIQLAMA

media-hightechnic-468x90

“Müavinətlərdə növbəti artımın olması gözləniləndir”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında pensiya, müavinət və təqaüdlərin artımından danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini deputat Elşad Musayev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin anonsu ilə ilin əvvəlində müəyyən müavinətlərin artımı müşahidə edildi.

“Təbii olaraq, müavinətlər dövlətin potensialına uyğun olaraq artırılır. Artım olması hər birimizin marağına uyğundur. Burada bir məqamı yaddan çıxarmaq olmaz. Bu da dövlətin iqtisadi gücüdür. Adətən, bizdə belədir ki, öncə müavinətlər artırılır, daha sonra isə büdcə formalaşdırılır. Müəyyən müddət keçdikdən sonra da ümumi potensial uyğunlaşdırılır. Beləliklə, növbəti artım nəzərdə tutulur. Bir sözlə, dövlətin hesablamalarına uyğun olaraq müavinətlərdə növbəti artımın olması gözləniləndir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05