Müəllimlərin işə qəbulu – Üç mindən çox namizəd imtahan verir

Avqustun 2-də müəllimlərin işə qəbulu üzrə növbəti test imtahanı keçirilir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, imtahanlarda tarix fənni üzrə müəllim olmaq istəyən namizədlər iştirak edirlər.

İmtahanlarda 3236 namizədin iştirakı gözlənilir.