Mürəbbədən narkotik çıxdı
Həbsxanaya narkotik vasitə keçirilməsinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xidmət əməkdaşları tərəfindən Qobustan Həbsxanasında cəza çəkən, məhkum Fərhad Cəbrayıl oğlu Əliyevə xalası oğlu Elşən Həsən oğlu Həziyevin gətirdiyi sovqata baxış keçirilib.
Baxış zaman, gilas mürəbbəsinin içərisində gizlədilən xalis çəkisi 0.941 qram olan narkotik vasitə – “Tiryək” aşkar edilərək götürülüb.
Qeyd edək ki, Fərhad Cəbrayıl oğlu Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 67.1 maddələrinə əsasən təqsirli bilinərək azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.