Müsəlman olmayan 28 nəfər öldürüldü
Keniyada sərnişin avtobusuna hücum edilib.
Silahlı qrup tərəfindən müsəlman olmayan 28 sərnişin öldürüb.
Keniya polis rəisi Məsud Muveyni “Əş-Sebabi” təşkilatı tərəfindən Mandıra şəhərində 28 nəfərin başı kəsilərək öldürüldüyünü təstiqləyib.
Təxminən 100 nəfərdən ibarət silahlı qrup avtobusu dayandırıb və sərnişinləri bayıra çıxarıb. Sonra sərnişinlər dinlərinə görə qruplara ayrılıb.
Müsəlman olmayanlar öldürülüb, müsəlman olanlar isə sərbəst buraxılıb.
Öldürülənlər sırasında 2 təhlükəsizlik işçisi və bir müəllim də var. (qafqazinfo.az)