“Mygov” istifadəçilərin sayı açıqlandı

media-hightechnic-468x90

İstifadəyə verildiyi tarixdən bugünədək “mygov” istifadəçilərin sayı 1,68 milyona çatıb.

media-banner_tkm

Bu barədə Yenicag.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, ötən müddət ərzində platformada vətəndaşlara göstərilən rəqəmsal xidmətlərin əhatə dairəsi genişlənib.

“33 dövlət xidməti yenidən tərtib edilərək rəqəmsallaşdırılıb. Hazırda platformada ümumilikdə 386 rəqəmsal xidmət mövcuddur. Platformada rəqəmsal formada təqdim olunan məlumatların sayı isə 69-dur”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, bu gün yenilənmiş “mygov” platformasının istifadəyə verilməsindən bir il keçir.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05