"Narkoman"dan "cənab"a: Putin Zelenski ilə bağlı ritorikasını niyə dəyişdi?

media-hightechnic-468x90

“Ukrayna Rusiya torpaqlarına zərbə endirməklə Putini danışıqlara məcbur edəcək”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.media-mehemmedesed

Politoloq Ukraynanın son vaxtlar Rusiyaya endirdiyi zərbələrin sayını artırmasına münasibət bildirib:

“Ukrayna Rusiyaya qarşı hərbi əməliyyatları genişləndirir. Ukraynan Rusiya sərhədləri daxilinə zərbələr endirməklə Moskvanı danışıqlara məcbur etməyə çalışır. Rusiya da buna cavab verir, amma Ukraynanın cavab zərbələri artıq Moskvaya qədər gəlib çatıb. Rusiyanın strateji obyektləri, neft emalı zavodları vurulur. Sırf buna görə hazırda Rusiyanın neft istehsalı azalıb, neftin xaricə daşınması zəifləyib. Bu da Rusiya üçün ciddi itkilər deməkdir. Bunun nəticəsidir ki, 2022-ci ildə Zelenskiyə “narkoman” deyən Putin 2026-cı ildə “cənab Zelenski” deyə müraciət edir. Bu o deməkdir ki, Putin də artıq Ukraynanın döyüş qabiliyyətindəki yüksəlişi görür. Düşünürəm ki, Ukraynanın Rusiya torpaqlarına zərbələri Rusiyanı növbəti mərhələdə danışıqlara məcbur edəcək”.

Politoloq qeyd edib ki, Ukrayna bundan sonra da dayanmayacaq və məqsədlərinə çatana qədər Rusiyanın daxilinə zərbələr endirməyə davam edəcək:

“Rusiya işğal edən, Ukrayna isə işğala məruz qalan ölkədir. Ukrayna imkan verməz ki, Rusiya işğalı genişləndirsin və məhdud müdafiə ilə məşğul olsun. Ona görə də Ukrayna bundan sonra da Rusiyaya zərbələri daha da artıracaq. Ukraynanın hazırda məqsədi Rusiyanın iqtisadiyyatını iflic etmək, məğlubedilməzliyini iflasa uğratmaq və danışıqlar prosesində güzəştə məcbur etməkdir. Hesab edirəm ki, bu, mümkün olacaq”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05