Narkotik satan şəxs həbs edildi

media-hightechnic-468x90

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 34 yaşlı Tale Məmmədli saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a bildirilib ki,  ondan 3 kiloqrama yaxın marixuana və metamfetamin aşkar olunub. Saxlanılan şəxs narkotik vasitə və psixotrop maddələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa