Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

NASA-nın "Perseverance" aparatı Marsa endi - VİDEO

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinə (NASA) məxsus “Perseverance” aparatı Marsa eniş edib.

Yenicag.az xəbər verir ki, bu barədə NASA-dan məlumat verilib.

Aparatın buraxılması və enməsi onun Mars atmosferinin üst qatına çatacağı zaman baş tutub. Onun sürəti əvvəlcə 20 000 km/saat, daha sonra 3,2 km/saat təşkil edib. Aparatın üç trosla Yezero kraterinə yumşaq şəkildə enməsi gözlənilirdi.

Bu, Marsa enən NASA-nın beşinci kosmik aparatıdır.

Məlumata əsasən, Marsdan artıq iki foto alınıb: “Biz “Perseverance” aparatının Mars səthində fəaliyyət göstərməsi barədə məlumat aldıq. Artıq Mars səthindən iki foto almışıq”.

“Perseverance” Marsdakı çökmə süxurların xüsusiyyətlərini öyrənməklə yanaşı, həm də göyərtəyə quraşdırılmış xüsusi “kabinet”də bunların nümunələrini toplayacaq.

Burada saxlanılan minerallar Marsa göndəriləcək Avropa Kosmik Agentliyi və NASA-nın xüsusi müştərək missiyası ilə planetimizə gətiriləcək. Həmin missiyanın 2026-cı ildən tez baş tutmayacağı da məlumdur.

 

Loading...

www.yenicag.az

1063