Nasaz avtobuslara qarşı reyd keçirilir – VİDEO

Bakının müxtəlif ərazilərində nasaz avtobuslara qarşı reyd keçirilib.

Baş Dövlət Yol Polis İdarəsindən bildiriblər ki, son bir neçə gün ərzində keçirilən tədbirlər nəticəsində texniki baxışdan yayınmaq üçün dövlət qeydiyyat nişanlarına müdaxilə edən, habelə digər üsullara əl atan 150-dən artıq avtobus və mikroavtobus sürücüsü saxlanıb. Həmin sürücülər barəsində qanunauyğun tədbirlər görülüb. Həmin avtobuslardan 100-dən çoxunun dövlət nömrə nişanının dəyişdirilməsi, nasazlıqların aradan qaldırlması və texniki baxışdan keçirilməsi təmin edilib.

Qeyd edək ki, ictimai nəqliyyatda olan nasaz avtobuslar sərnişinləri də təngə gətirib. Onlar avtobusların istismara yararsız və natəmiz olmasından şikayət edirlər.

Çəkiliş apardığımız bəzi avtobusların vəziyyəti onu deməyə əsas verir ki, daşıyıcı şirkətlər vaxtı-vaxtında avtobuslara lazımi qədər qulluq göstərmir.

Daşıyıcı şirkətin nümayəndəsi Asif Rüstəmov isə deyir ki, hər gün axşam istehsalat bazasında avtobusların təmizliyindən tutmuş texniki qullğa qədər edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: