NATO əvəzinə Avropa ordusu? – Ekspertin şərhi

media-hightechnic-468x90

nato-eu-500_0Elman Nəsirov: “İdeyanın reallaşması üçün ciddi imkanlar və potensial ortalıqda yoxdur”

Avropa Komissiyasının sədri Jan Klod Yunker Avropa İttifaqının vahid ordusunun yaradılması təşəbbüsü ilə çıxış edib. Bu təklif gündəmə gələr-gəlməz Rusiya kəskin şəkildə ona öz etirazını bildirib.

Görəsən, Avropa ordusunun yaradılması ideyası nə dərəcədə realdır?

elman-1_1403933760bghfbcvYenicag.az-a açıqlamasında politoloq Elman Nəsirov indiki şəraitdə Avropa ordusunun yaradıla biləcəyini real saymır: “Avropanın vahid ordusunun yaradılması heç də yeni ideya deyil. Hələ 1950-ci ilin oktyabrında Fransanın o zamankı baş naziri də eyni ideya ilə çıxış etmişdi. Amma bu ideya nəticə vermədi. Dəfələrlə bu istiqamətdə digər səylər də olub. NATO-nun yaranması bu ideyaların üzərindən xətt çəkib. 2012-ci ildə Avropa İttifaqının 11 ölkəsinin xarici işlər nazirləri Avropanın vahid prezidentinin seçilməsi, vahid xarici işlər nazirliyinin yaradılması, eyni zamanda, vahid ordunun yaradılması təklifi ilə çıxış etdilər. Böyük Britaniyanın ona ciddi etiraz etməsi də bu ideyanın havadan asılı qalmasına gətirib çıxardı. Qurumun 17 ölkəsi təklifə qarşı çıxdı. ABŞ-da belə bir ideyanı NATO-nun mövcudluğu üçün təhlükə hesab edir. Hazırda bu ideyanın aktuallaşması Ukrayna hadisələri ilə bağlı olaraq, Rusiya ilə əlaqədar meydana çıxıb. Rusiya bu gün Ukrayna ilə başlayıb, sabah hətta Avropa İttifaqı ölkələrinə də sirayət edə bilər. İdeya müəlliflərinə görə, Avropa ordusunun yaranması həm də ona görə vacibdir ki, birliyin əhalisinin sayı artıq 500 milyon nəfəri ötüb keçib. Yəni həmin ordunun yaranması üçün potensial imkanlar da var. Bəziləri hesab edir ki, ideya reallaşacağı təqdirdə, NATO-ya nə ehtiyac var? Bu ideyanın realaşmasında Almaniya və Fransa daha çox maraqlıdır. Berlində hesab edirlər ki, ideyanın reallaşacağı təqdirdə Avropa ordusunda da əsas söz sahibi Almaniya və Fransa olacaq. ABŞ, Böyük Britaniya, Çexiya, Yunanıstan, Macarıstan isə onun əleyhinədir. Rusiya da ideyanı kəskin qarşılayıb, hesab edir ki, bu onun üçün təhdiddir. Belədə, sensasiya təsəvvürü bağışlayan ideyanın reallaşması üçün ciddi imkanlar və potensial ortalıqda yoxdur”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600