Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 6-sı saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.