Naxçıvanda ev və obyektləri su basdı

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində və Şərur rayonu, Danyeri kəndində çoxmənzilli yaşayış binasının zirzəmisinin və qeyri-yaşayış obyektlərinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600