Mingəçevirdə yaşayış binasında yanğın olub
Mingəçevir şəhərində yanğın olub.
Yenicag.Az-ın məlumatına görə, hadisə şəhərin 20 yanvar küçəsindəki yaşayış binasında baş verib. Binanın 4-cü mərtəbəsindəki mənzillərdən biri alovlanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib, yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.













