Naxçıvanda quş qripinə qarşı monitorinqlər aparılır

media-hightechnic-468x90

Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, 2025-ci ilin 10-11 fevral tarixlərində muxtar respublika ərazisində növbəti epizootoloji monitorinqlər keçirilib.

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən Yenicag.az-a bildirilib ki, agentlik tərəfindən aidiyyəti qurumlarla birgə aparılan monitorinq risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarını, milli parkların su-bataqlıq, çaysahili zonaları və digər əraziləri əhatə edib, vəhşi quşlara ümumi baxış keçirilib.

Muxtar respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürülüb. Müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb və epizootoloji məlumatlar toplanaraq təhlil edilir. Monitorinqlər çərçivəsində müşahidə aparılan ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil edilib.

Qeyd edək ki, monitorinq zamanı götürülmüş nümunələrin Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600