Nazirlik: “2 erməni məhv edildi”

gg346“Ermənistan elektron kütləvi informasiya vasitələrinin cəbhədə Azərbaycan tərəfinin guya itki verməsi barədə yaydığı məlumat tam yalandır və həmişə olduğu kimi dezinformasiya xarakteri daşıyır”.

Yenicag.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Müdafiə Nazirliyi mətbuat xidmətindən deyiblər ki, qorxu və hürkü hissi erməni hərbçiləri və onların rəhbərliyini o dərəcədə üstələyib ki, demək olar, hər tərəfdə gözlərinə “diversantlar” görünür:

“Bizdə olan məlumata görə öz aralarında olan atışma nəticəsində erməni tərəfinin 2 hərbi qulluqçu ölüb və bir neçəsi yaralanıb. Sutka ərzində Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib”.

Xatırladaq ki, bu gün erməni mətbuatı Azərbaycan tərəfinin 20-25 nəfərlik xüsusi təyinatlı ilə təxribat törətməyə cəhd etdiyi və itki verdiyi barədə məlumat yayıb.