Nazirlik 34 insan alveri qurbanına yardım göstərdi

media-hightechnic-468x90

48369268c2c7554ef1a2f8c9874b674aƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi respublikanın bölgələrində maarifləndirmə tədbirləri həyata keçirir.
Yenicag.az lent.az-a istinadən xəbər verir ki, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 34 nəfər şəxsə müvafiq yardımlar göstərib.

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi cari ilin yanvar-may aylarında 19 nəfər insan alveri qurbanına, habelə insan alverinin qurbanına çevrilmək təhlükəsi olan 15 nəfərə müvafiq yardımlar göstərib. Onlardan bir çoxu eyni vaxtda müxtəlif növ zəruri yardımlarla təmin ediliblər. İnsan alveri qurbanlarından, habelə insan alverinin qurbanına çevrilmək təhlükəsi olan şəxslərdən 6 nəfəri tibbi, 9 nəfəri psixoloji, 5 nəfəri hüquqi yardımla, 1 nəfəri sığınacaqla təmin edilib.

Həmçinin 9 nəfərinin ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən məşğulluğunun təmin olunmasına, daha 9 nəfərinin peşə hazırlığına cəlb edilməsinə köməklik göstərilib. Bir nəfərinin ailəsinin isə ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün müvafiq rayon ƏSMM-ə müraciət edilib. Qeyd olunan şəxslərin sosial vəziyyəti daim diqqətdə saxlanılır və onlarla iş davam etdirilir.
Mərkəz tərəfindən insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması üçün Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Şirvan, Salyan, Neftçala, Saatlı, Sabirabad, Kürdəmir və digər rayonlarda daha çox gənclərin iştirakı ilə təşkil olunan tədbirlərdə insan alveri anlayışı, onun növləri, insanların hansı hallarda insan alveri qurbanına çevrildiyi, habelə insan alveri ilə mübarizə formaları barədə interaktiv şəkildə məlumatlar verilib. Bu maarifləndirmə tədbirləri iyun ayı ərzində ölkənin digər regionlarında da davam etdiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600