Müşfiqdən “bahalı aktyorsan” iradına REAKSİYA: “Əvvəlki “alver” yoxdur”
“Bizim ölkədə film sektoru o qədər də güclü inkişaf etməyib”.
Yenicag.az xəbər verir ki, bu sözləri aktyor Müşfiq Şahverdiyev “Qonaqcanlı” verilişində deyib.
O, aparıcının “Deyirlər, Müşfiq ən bahalı aktyordur” fikrinə belə münasibət bildirib:
“Bahalı deyəndə ki… Əvvəla, bizim ölkədə film sektoru o qədər də güclü inkişaf etməyib. Pandemiyadan sonra bir az da zəifləmə oldu, kinoteatra gedən tamaşaçıların sayı azaldı. İndi inşallah, düzələr. Türkiyə və Rusiyaya baxanda, biz əslində bahalı aktyor deyilik. Öz ölkəmizdə götürsək, bir neçə aktyor var ki, onlara tələbat yüksək olduğu üçün həmin aktyorların da qiymətləri fərqli olur. Əvvəllər şubasatanlar da belə deyirdi: “İnanın, əvvəlki alver yoxdur”. Bizdə də indi əvvəlki “alver” yoxdur”.
Nehru













