Nazirlik pensiya ödənişləri ilə bağlı məlumat yaydı - Artım olub

media-hightechnic-468x90

Yanvar ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz (52 mln. manat) çox olmaqla 612 mln. manat vəsait yönəldilib.

media-banner_tkm

Bu barədə Yenicag.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bu ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb və artımdan sonra orta aylıq pensiya 593 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 632 manata çatıb.

Ötən ay 4 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 183 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05