“Neftçi” braziliyalı futbolçunu qovdu
“Neftçi” klubu braziliyalı müdafiəçi Bruno Bertucciylə yollarını ayırıb.
“Partizan”la A
vroliqanın Bakıdakı cavab oyunundan sonra futbolçuyla klub rəhbərliyi arasında görüş olub. Söhbət zamanı Bertucciyə indiyədək “Neftçi”də etdikləri üçün təşəkkür edilib və özünə yeni klub tapmaq tapşırılıb.
Hazırda Braziliyada olan Brunonun artıq “Neftçi”də oynamayacağı dəqiqləşib. Xəbəri “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov da əməkdaşımızla söhbətində təsdiqləyib.
“Neftçi” Cavid İmamverdiyevi icarəyə verib və “Kalmar”da icarə əsasında çıxış edən Melvin Platyeylə də yollar birdəfəlik ayrılıb. (stadium.az)