!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi” “Qarabağ”la xal fərqini 5-ə endirdi

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, “Kapital Bank Arena”da “Sumqayıt” və “Neftçi” komandaları üz-üzə gəlib. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 4:2.

Qollardan 3-ü penaltidən vurulub. 5-ci dəqiqədə Şəhriyar Əliyevə qarşı kobudluqdan sonra Mehdi Şərifi meydan sahiblərini önə keçirib. 28-ci dəqiqədə isə Stiven Monrozun qazandığı penaltini isə flaqmanın kapitanı Emin Mahmudov dəqiq yerinə yetirib. 34-cü dəqiqədə Baqali Dabo kombinasiyanı dəqiq tamamlayıb. Dabo 82-ci dəqiqədə Mahmudova daha bir penalti vurmaq imkanı qazandırıb. Kapitan bu dəfə də dəqiq olub. Bir dəqiqə sonra fransalı forvardın özü dubl edib. Matçda son nöqtəni uzatma dəqiqələrində meydan sahiblərindən Amil Yunanov qoyub.

Bu qələbədən sonra “Neftçi” xallarını 17-yə çatdıraraq, 2-ci pilləyə qayıdıb və lider “Qarabağ”la xal fərqini 5-ə endirib. 10 xala malik “Sumqayıt” isə 5-ci pillədə qalıb.

Qeyd edək ki, turun açılış matçında “Keşlə” “Qəbələ”ni 2:1 hesabı ilə yenib. “Sabah” – “Keşlə” matçında qalib müəyyənləşməyib – 2:2. Tura oktyabrın 28-də “Qarabağ” – “Səbail” matçı ilə yekun vurulacaq.

COP29

www.yenicag.az

1803
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv