!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Neftçi” “Qəbələ”ni, “Zirə” isə “Keşlə”ni məğlub etdi

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Axar.az xəbər verir ki, günün ilk matçında “Qəbələ” “Neftçi”ni qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 38-ci dəqiqədə açılıb. Anton Krivotsyuk qonaqları önə keçirib. Cinah müdafiəçisi 51-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 57-ci dəqiqədə Namiq Ələsgərov fərqi daha da artırıb. 3 dəqiqə sonra “Qəbələ”nin heyətində Yusif Nəbiyev fərqlənib. 90+3-cü dəqiqədə Prins İbara növbəti dəfə meydan sahiblərini məyus edib.

Bu, “Neftçi”nin yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında ilk oyunu olub. Flaqman qələbə sayəsində xallarının sayını 17-ə yüksəldib və ikinci sıraya qalxıb. “Qəbələ” isə 8 xalla 7-ci pillədədir.

Günün son matçında “Zirə” “Keşlə”ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Zirə”nin qollarını 30-cu dəqiqədə Dmitrios Çantakias, 60-cı dəqiqədə isə Ağabala Ramazanov vurub.
74-cü dəqiqədə isə “Zirə”nin digər legioneri Klesio Bauk avtoqol müəllifi olub. Mozambikli oyunçu 90+4-cü dəqiqəsində isə rəqib qapısına yol tapıb.
Qələbə sayəsində xallarının sayını 18-ə çatdıran qəsəbə təmsilçisi 2-ci pilləyə yüksəlib. “Keşlə” isə 12 xalla 5-cı sırada qərarlaşıb.
Qeyd edək ki, günün ilk matçında “Neftçi” “Qəbələ”ni səfərdə 4:1 hesabı ilə məğlub edib. İlk oyun günündə “Qarabağ” “Sumqayıt”ı 6:1 hesabı ilə məğlub edib. Tura noyabrın 23-də “Sabah” – “Səbail” görüşü ilə yekun vurulacaq.

www.yenicag.az

381
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv