!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neftin artan qiymətinin Azərbaycana təsiri: "Bu, ölkə iqtisadiyyatı üçün ikinci nəfəs ola bilər"

!Reklam – Yazi

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 118 dolları keçib. “Brent” markalı neftin bir bareli isə 112,93 ABŞ dolları olub.

Dünya bazarındakı bahalaşma ilə bağlı iqtisadçı Asif İbrahimov öz fikirlərini Yenicag.az-la bölüşüb.

O, hesab edir ki, neftin indiki artan qiymətləri Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsir edəcək:

“Bir ay öncə proqnoz olunmuşdu ki, Rusiya qoşunlarının Ukrayna sərhədində səfərbər olması dünya birjasında neftin qiymətinin bahalaşmasına səbəb olacaq. Rusiya dünyaya neft ixrac edən ən böyük partnyorlardan biridir. Bu cür ölkələrdə hər hansısa müharibə və ya çaxnaşma baş verərsə, neftin qiyməti birbaşa qalxır. Rusiya-Ukrayna müharibəsi hələ də davam edərsə, neftin qiyməti 150 dollara qədər qalxa bilər.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Hazırda “Azeri Light” markalı neftin satışından əldə olunan gəlir nəzərdə tutulan göstəricidən qat-qat üstündür. Bütün hallarda əldə olunan vəsait Dövlət Neft Fonduna transfer olunacaq və müdafiə, iqtisadi, sənaye təyinatlı məsələlərə sərf olunacaq. Bu isə Azərbaycan iqtisadiyyatı üçün yeni imkanların yaranmasıdır. Əldə olunan vəsait hesabına bir çox quruculuq işlərinin həyata keçirilməsi ölkə iqtisadiyyatı üçün ikinci nəfəs ola bilər”.

Gülşən Şərif

COP29

www.yenicag.az

643
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv