Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Neftin qiyməti yenə “oynayır”: “Amerikanın proqnozu yanlış çıxdı” – İlham Şaban

“ABŞ-ın dünya neft bazarına təsiri bütün OPEK ölkələrinin ümumi təsir imkanlarından daha böyükdür”.

İlham Şaban

Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər dünya neft bazarında qiymətlərin yenidən aşağı düşməsinin, o cümlədən Azərbaycan yüngül neftinin 2 dollardan çox ucuzlaşmasının səbəblərini izah edən neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.

İlham Şabanın sözlərinə görə, dünya bazarında neftin ucuzlaşmasının əsas səbəblərindən biri ABŞ-da ümumi hasilatın artırılmasıdır:

“Amerika Neft İnstitutunun həftəlik açıqlamasına görə, ABŞ-ın neft 2,5 milyon barrel azalacağı proqnozlaşdırılsa da, bu gözlənti nəinki doğrulmadı, əksinə, ehtiyatların 3,66 milyon barrel artdığı qeydə alındı. Məhz bu artıma görə də birjalar məlum prosesə belə kəskin reaksiya veriblər və nəticədə dünya neft bazarlarında kəskin ucuzlaşma müşahidə olunmaqdadır.

Azərbaycan nefti də məhz bu səbəbdən son gün ərzində belə kəskin ucuzlaşıb. Digər tərəfdən, məlumata görə, ABŞ-da neft hasilatı artmaqda davam edir. Yəni ABŞ-la bağlı olan bu iki amil dünya birjalarında neftin qiymətinin düşməsinə və analoji tendensiyanın Azərbaycanın yüngül neftində də özünü göstərməsinə səbəb olub.

kimə sirr deyil ki, ABŞ neft bazarına kəskin təsir etmək gücündə olan bir ölkədir. Bu mənada, ABŞ-ın dünya neft bazarına təsiri bütün OPEK ölkələrinin ümumi təsir imkanlarından daha böyükdür. Onu da nəzərə alaq ki, neftin qiyməti həftəlik məlumatlar təqdim olunanda açıqlanırr. Hazırda neftin qiyməti 2 dollardan da çox azalsa da, ola bilər, bu gün qiymət yenə dəyişsin.

Ümumiyyətlə, birjalar baş verən hadisələrə, təlatümlərə, kimlərinsə bəyanatlarına həssaslıqla reaksiya verir. Eyni zamanda, hasilatın artıb-azalması da da neftin qiymətinə təsir göstərir”.

Qeyd edək ki, son bir gündə Azərbaycan neftinin qiymətində ciddi azalma baş verib. Məlumata görə, CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin bir barrelinin qiyməti 71,68 dollar olub ki, bu da əvvəlki göstəricidən 2,15 dollar azdır.
Həmçinin, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,91 dollar olub. Bu isə əvvəlki qiymətdən 2,16 dollar aşağıdır.

ELÇİN

www.yenicag.az

1997
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100