!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəqliyyat sektorunda problemlər: Bakıda 2 yeni qurumun yaranmasına ehtiyac var - ŞƏRH

!Reklam – Yazi

“Qəsəbə və xırda yaşayış massivlərinin daha iri formada bir rayon tabeçiliyində yaradılması məqsədəuyğundur”.

Bu sözləri nəqliyyat sektorundakı mövcud problemlərin həllinin mümkün yollarını dəyərləndirən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, məlum problemlərin həlli üçün intellektual idarəetmənin tətbiqi ilə yanaşı, iki yeni rayon tipli idarəetmə qurumun yaradılmasına ehtiyac var:

“Paytaxt Bakıda idarəetmə rayon modul tipli idarəetmə sistemidir. Bəzi infrastruktur layihələr və vətəndaş münasibətləri ASAN Xidmət üzərində qurulsa da, bugünkü şəhər idarəetmədə azı iki yeni rayon tipli idarəetmə qurumunun yaranmasına ehtiyac var.

Bu idarəetmə qurumundan biri Ələt Azad İqtisadi Zonasında yerləşməlidir. Nəzərə almaq lazımdır ki, Ələt qəsəbəsi və ətraf kəndlər tabeliyində olduğu Qaradağ rayonundan kifayət qədər məsafədədir və vətəndaşların müəyyən rayon mərkəzinə, xüsusən də Lökbatan qəsəbəsinə getməsində çətinliklər yaranır. Ona görə də sözügedən ərazidə bu və digər formada idarəetməni təkmilləşdirmək lazımdır.

Digər idarəetmə qurumunun fəaliyyəti isə Bakının Şimal-Qərb bölgələri üzrə yolun üzərində dayanan Müşfiqabad qəsəbəsi, At yalı, Çiçək qəsəbəsi və digər infrastruktur üzərində qurulmuş qəsəbələri əhatə etməlidir.

Hesab edirəm ki, qəsəbə və xırda yaşayış massivlərinin daha iri formada bir rayon tabeçiliyində yaradılması məqsədəuyğundur”.

Gülşən Şərif

www.yenicag.az

431
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv