Neymara görə Fransa Maliyyə Nazirliyində axtarış aparıldı

media-hightechnic-468x90

Braziliyalı hücumçu Neymarın “Barselona”dan PSJ-yə transferi ilə bağlı aparılan araşdırmalar çərçivəsində Fransa Maliyyə Nazirliyində axtarış aparılıb.

media-banner_tuq

Məlumata görə, Maliyyə Nazirliyində aparılan axtarışı korrupsiya və vergi fırıldaqlarına qarşı mübarizə üzrə mərkəzi idarənin polis əməkdaşları həyata keçiriblər.

Hüquq-mühafizə orqanlarının Neymarın 2017-ci ildə “Barselona”dan PSJ-yə transferini araşdırır. Köçürmənin vergi qanunlarından yayınmaqla həyata keçirilməsi şübhəsi var.
Qeyd edək ki, Neymar altı ilini PSJ-də keçirib, keçən yay Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib. Braziliyalı parislilərlə birlikdə beş dəfə Fransa çempionu, üç dəfə ölkə kubokunun, bir dəfə isə superkubokun qalibi olub.

Mənbə: L’Équipe

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05