Niqab qadağan edilir – Cərimə 2660 AZN

Danimarkada qadınların kütləvi yerlərdə üzlərini bağlamaları qadağan olunacaq.

Yenicag.az-ın məlumatına görə, bu barədə ölkə parlamentinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qərar səs çoxluğu ilə qəbul edilib və yeni qərara əsasən, qadağaya əməl etməyənlər cərimələnəcək.

Bildirilir ki, ilk dəfə belə hal baş verərsə, həmin qadın 123 avro məbləğində cərimələnəcək. Qadağanı təkrar pozanlar üçün 1340 avro (2660 AZN) məbləğində cərimən nəzərdə tutulur.

Parlamentin qəbul etdiyi qərarda isə deyilir: “Nə paranca, nə niqab Danimarka mədəniyyətinə uyğundur”.

COP29