Nişan mərasimindən qayıdanlar qəzaya düşdü - Ölən və yaralananlar var / ADLAR
Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki , hadisə rayonun Goranboy-Ağcakənd yolunun rayonun Zeyvə kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Hyundai” markalı minik maşını sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı Yevlax rayon sakini 1938-ci il təvəllüdlü Elyasova Nuridə Cəbi qızı hadisə yerində ölüb.
1950-ci il təvəllüdlü Mustafayeva Səyali Cəbi qızı və daha 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, qəzaya düşənlər Zeyvə kəndində nişan mərasimdən qayıdırlarmış.
Onların hamsı Yevlax rayon sakinləridir.
Faktla bağlı araşdırma aparılır.