Niyazi Mehdi evə buraxıldı - Vəziyyəti necədir?

media-hightechnic-468x90

Bir neçə gündür Mərkəzi Gömrük Hospitalında müalicə olunan tanınmış filosof-kulturoloq, professor Niyazi Mehdi evə buraxılıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Şahbaz Xuduoğlu paylaşım edib.

O bildirib ki, N.Mehdi fevralın 8-də evə köçürülüb. Hazırda onun durumu ağır olaraq qalır. Onun ürəyində ciddi problemlər var. Eyni zamanda, şəkər xəstəliyi ilə əlaqədar bir ayağının baş barmağı kəsilib.

“Dünən xəstəxanasından çıxarıblar, axşam evinə gətiriblər. Müasir fəlsəfi fikrin ən qabaqcıl imzalarından biridir. 20-dən çox kitabı nəşr edilib, yüzlərlə elmi yazısı var. Çoxlu tələbə yetişdirib, saysız hesabsız dostlar qazanıb. Bu gün o, biçarə durumda evində oğlanlarının himayəsinə sığınıb”,- N.Mehdinin dostu, naşir Şahbaz Xuduoğlu bildirib.

Qeyd edək ki, N.Mehdi 1951-ci il fevralın 26-da Bakıda anadan olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05