Fransa prezidenti Emmanuel Makron Olimpiadaya bir həftə qalmış istefa verə bilər.
Yenicag.az xəbər verir ki, bu iddia ilə “Bellingcat” portalı çıxış edib.
Portal yazır ki, sağçı partiyanın Avropa Parlamentinə seçkilərdə qalib gəlməsi və Fransanın özündə elan olunmuş parlament seçkiləri Makron üçün ciddi mənfi amilə çevrilib.
“Eyni zamanda, ölkə Olimpiadaya ev sahibliyi etməyə zəif hazırlaşıb və terror təhlükəsinin səviyyəsi oyunlar tarixində ən yüksək səviyyədədir. Bütün bunların fonunda, Makron istefasını elan etməklə və bundan sonra baş verən hər şeyi ölkənin yeni hökumətinin üzərinə atmaqla “dərisini xilas etməyə” cəhd edə bilər” – deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, Avropa Parlamentinə seçkilər fonunda hakim “İntibah” Partiyasının ən böyük rəqibi olan “Milli Ralli” Partiyasının əzici üstünlüyü ələ keçirməsi Fransada hakimiyyətdaxili çaxnaşmaya səbəb olub. Analitiklərinin fikrincə, Avropada radikal sağın qələbəsi fonunda Ukrayna böhranında inamı itirən mərkəz solçular üçün ən böyük fiasko Fransada qeydə alınıb.
Bundan əlavə, portal yazır ki, Fransa siyasi sferasındakı gərgin dönəm şübhəsiz ki, Olimpiya Oyunlarının keçirilməsi məsələsinə də ciddi təsir göstərəcək. Belə ki, hazırda ölkədə müxalifət fraksiyasının ciddi təzyiqi ilə üzləşən və bunun nəticəsində növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün əmr verən Makron hakimiyyəti ciddi seçim qarşısındadır. Reputasiyası çox zəif olan Emmanuel Makron və komandasının növbəti seçkilərdə şanslarının zəif olduğu qeyd olunur.
Rafi Müslümov
www.yenicag.az