Obamadan Putinə xəbərdarlıq

media-hightechnic-468x90

gty_barack_obama_vladimir_putin_wy_140306_16x9_608ABŞ prezidenti Barak Obama Rusiyanın Ukrayna ilə bağlı yürütdüyü siyasətdə strateji səhvə yol verdiyini bəyan edib.

Barak Obama ABŞ-ın “NPR” radiokompanayisına müsahibəsində bu haqda danışıb.

Ağ Ev rəhbəri qeyd edib ki, ABŞ Rusiya ilə müharibə istəmir. ABŞ liderinin sözlərinə görə Vaşinqton Avropadakı partnyorlarına təsir edərək və beynəlxalq koalisiyanın əsas rolunda çıxış edərək Rusiyanın başqa ölkələrin müstəqilliyini pozmasına qarşı dirəniş göstərir.

Onun sözlərinə görə uzunmüddətli perspektivdə Moskva Ukrayna ilə bağlı siyasətini dəyişməsə, bu, Rusiyanın strateji səhvi olacaq.

Barak Obama deyib ki, Rusiya xaricində Vladimir Putinin hərəkətlərinin ağıllı olmadığı qənaətindədirlər. Barak Obama onu da bildirib ki, ABŞ bundan sonra da Rusiya təzyiq göstərilməsi məqsədi ilə ardıcıl sansksiya siyasətini davam etdirəcək.

Ağ Ev başçısı söyləyib ki, Rusiya neftinə güvənir, lakin ABŞ təkcə neftə yox, həm də İPad-a, filmlərin istehsalına arxayındır. “Bizdə dinamik, yaşamağa qabil iqtisadiyyat var, amma bu, Rusiyada yoxdur”,-deyə Barak Obama müqayisə aparıb.

(modern.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600