Oğurluq kamera görməyən yerlərdə baş verir... - AAYDA

media-hightechnic-468x90

“Mütəmadi olaraq kamera görməyən yerlərdə belə hallar baş verir”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bakıda yol kənarındakı yağış sularının axıdılması üçün nəzərdə tutulan dəmir barmaqlıqların oğurlanması məsələsi ilə bağlı deyib.

O, hətta paytaxtın mərkəzi küçələrində də belə oğurluq hallarının olduğunu bildirib.

Qurum rəsmisi vurğulayıb ki, həmin dəmir barmaqlıqların yerə qaynaqlanması mümkün deyil:

“Çünki yağışlar zamanı kanallar tutula bilər. Təmizlənməsi üçün isə həmin barmaqlıq qaldırılmalıdır”.

Onun sözlərinə görı, oğurluğun kimlər tərəfindən törədilməsi ilə bağlı dəqiq məlumat yoxdur:

“Mütəmadi olaraq kamera görməyən yerlərdə belə hallar baş verir”.

Barmaqlıqların bərpası ilə bağlı A.Nəcəfli bildirib ki, əgər həmin dəmir barmaqlıq tapılarsa yerinə qoyulur, tapılmadığı təqdirdə isə yenisi ilə əvəz edilir.

media-screenshot_76

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa