Reklam: High Technic
hightechnic

Oğuzda at 9 yaşlı uşağı vurdu

3ee375e62f44Azərbaycanın Oğuz rayonunda at 9 yaşlı oğlana xəsarət yetirib.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (RMX)  verilən məlumata görə, bu gecə saat 02.00 radələrində Oğuz rayonu Tərkeş kənd sakini, 2006-cı il təvəllüdlü Qismət İntiqam oğlu Əzizzadə kəskin qarın ağrısı əlamətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, Qismət Əzizzadənin qarın nahiyəsinə at təpik vurub.

Cərrahiyə əməliyyatı yolu ilə dalağı çıxarılan Qismət Əzizzadə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

www.yenicag.az

59