!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölən şəxsin vergi borcunun varisə YÜKLƏNMƏSİ: "Bu, qanuna zidd qərardır"

!Reklam – Yazi

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, Azərbaycanda ölmüş hesab edilən şəxsin vergi borcunu onun varisi ödəyəcək. Bu qərar isə cəmiyyətdə birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı vəkil Roman Qaraşov Yenicag.az-a açıqlamasında bildirib ki, nəzərdə tutulan dəyişiklik qanunvericiliyə və hüquqi prinsiplərə zidd yanaşmadır:

“Vəfat edən şəxsin öhdəlikləri ilə bağlı digərləri o halda məsuliyyət daşıya bilər ki, ölən şəxsin miras əmlakı mövcud olsun. Məsələn, vəfat edən şəxsin şirkəti varsa, xalis mənfəəti və aktivləri əsas götürülə bilər. Lakin digər şəxsin buna görə məsuliyyətə cəlb olunması mümkün deyil. Ümumiyyətlə, vergi öhdəlikləri olan şəxsin vəfatı ilə bağlı sığorta ödənişləri əhatə oluna bilər. Yəni, riskli hallar olduqda öhdəliklər sığorta şirkəti tərəfindən yerinə yetirilsin. Və ya sığorta şirkəti mövcud olan əmlakların həcmində məsuliyyət daşıya bilər. Digər şəxslərin öz əmlakları ilə vəfat edənin ödəməli olduğu borcu qaytarması isə hüquqi prinsiplərə əsasən mümkün deyil”.

Hüquqşünas Ellada Bayramova isə saytımıza açıqlamasında qeyd edib ki, qəbul olunan qərar vətəndaşlar üçün müsbət hal yaratmayacaq:

“Hazırda qüvvədə olan məcəlləyə görə, yalnız vəfat etmiş fiziki şəxsin əmlak vergiləri üzrə vergi öhdəliklərini onun varisi miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəməlidir. Ancaq bu qərarda vergi borcları nəzərdə tutulmurdu. Vətəndaşın hansısa banka borcu varsa, ölən şəxsdən varisə qalan mirasla borc ödənirdi. Vəfat edən şəxsin vergi borcuna görə varisin məsuliyyətə cəlb edilməsi vətəndaş üçün xeyirli qərar deyil. Bu qərar düzgün deyil”.

Gülşən Şərif

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv