Reklam: High Technic
hightechnic

Ölkədə vərəmlə bağlı epidemioloji vəziyyət açıqlandı

2016-cı ildə dünyada 6.3 milyon yeni vərəm xəstəsi aşkar edilib və qeydiyyata alınıb. Vərəmin ən çox yayıldığı ölkələr Hindistan, İndoneziya, Çin, Pakistan və Filippindir. 6.3 milyon yeni vərəm xəstəsi arasında 490 000-ni dərmanlara davamlı vərəm xəstəsidir. Dərmanlara davamlı vərəm ildən ilə artmaqda davam edən təhlükə olaraq qalır.

Səhiyyə Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, Azərbaycanda vərəm infeksiyası ilə əlaqədar epidemioloji vəziyyət stabildir. Belə ki, 2017-ci ildə vərəmlə xəstələnmə halları hər 100 000 əhaliyə 39.8 təşkil edib. Qeyd olunub ki, respublikada son illər ərzində vərəmlə mübarizə sahəsində fəaliyyət göstərən regional diaqdostika laboratoriyalarının maddi-texniki bazasının gücləndirilməsi, onların müasir və sürətli diaqnostika avadanlıqları ilə (Xpert MTB/RİF) təchiz olunması xəstələrin erkən aşkarlanmasını yaxşılaşdııb.

Bildirilib ki, hazırda vərəmin erkən aşkarlanması və müasir tələblərə uyğun laborator təsdiqinin aparılması Milli İstinad Laboratoriyasında (Ağciyər Xəstəlikləri İnstitututu), beş regional laboratoriyalarda (Quba, Masallı, Gəncə, Zaqatala, Naxçıvan) və 2 vərəm xidməti müəssisələrinin laboratoriyalarında (Bakı və Sumqayıt) həyaya keçirilir. Vərəmli xəstələrin erkən aşkarlanması isə öz növbəsində müalicə effektivliyinin artmasına səbəb olur.

www.yenicag.az

625