!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Onlar Azərbaycanın dünyada nüfuzunun möhkəmlənməsində mühüm rol oynayacaqlar" - QHT sədri

!Reklam – Yazi

Azərbaycan cəmiyyətində multikulturalizm və vətənpərvərlik dəyərlərinin təşviqi baxımından xarici mənşəli, lakin Azərbaycan üçün xidmət edən şəxslərin rolu getdikcə daha çox diqqət çəkir.

Bu kontekstdə, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a açıqlamasında bildirib ki, belə nümunələr Azərbaycan xalqının mehriban və səmimi münasibətinin təzahürüdür.

“Azərbaycan ordusunda xidmət edən əcnəbi əsilli şəxslər ilk dəfə deyil ki, cəmiyyətin diqqət mərkəzində olur. Ölkənin multikultural dəyərlərə verdiyi önəmin göstəricisi kimi, bu şəxslərə xüsusi ictimai dəstək göstərilməlidir. Belə insanlar artdıqca, Azərbaycanın dünyada tanınması və nüfuzunun möhkəmlənməsi üçün də mühüm rol oynayacaqlar”, – deyə Ramil Əliyev vurğulayıb.

O həmçinin qeyd edib ki, ictimai fəallar və dövlət bu cür insanlara daha çox qayğı göstərməli, onların cəmiyyətdə layiqli yer tutmalarına kömək etməlidirlər. Azərbaycan vətəndaşlığını qəbul edən şəxslərə hüquqi və sosial baxımdan dəstək göstərilməsi ölkənin beynəlxalq imicinə də müsbət təsir edəcək.

Ramil Əliyev Lin Aydın nümunəsinə toxunaraq onun “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə tərəfindən tanıdılmasını qürurverici hadisə kimi qiymətləndirib.

O, bu cür nümunələrin ictimaiyyətə daha geniş tanıdılmasının vacibliyini vurğulayıb.

www.yenicag.az

101
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv