Otelə silahlı hücum - 26 ölü, 56 yaralı - YENİLƏNDİ

media-hightechnic-468x90

Somalinin Kismayo şəhərində otelə silahlı hücum nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb. Hadisə nəticəsində 56 nəfər isə yaralanıb.

Ölənlərdən ikisi ABŞ, biri İngiltərə, biri Kanada, üçü Keniya, üçü isə Tanzaniya vətəndaşıdır.

***

13:00

Somalinin Kismayo şəhərində otelə silahlı hücum nəticəsində 13 nəfər ölüb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, şəhərdə yerləşən otellərin birində partlayış baş verib. Daha sonra silahlı hücum başlayıb.

İnsidentə görə məsuliyyəti “Əş-Şabab” terrorçu qruplaşma öz üzərinə götürüb.

Hüquq mühafizə orqanları hücum edən terrorçulardan dördünün artıq məhv edildiyini bildirib.

Qeyd edək ki, otelə hücum dünən təşkil edilib. Hücum ölkə parlamentarilərinin oteldə iclas keçirdiyi zaman baş tutub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600