!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Övladlığa uşaq götürmək istəyənlərə şad xəbər

!Reklam – Yazi

“Övladlığagötürmə ilə bağlı qanunvericilikdə dəyişiklik ediləcək”.

Yenicag.az xəbər verir ki, bunu “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi” mövzusunda keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib

“Bununla bağlı nazirlikdə yaradılmış İşçi Qrupu fəaliyyət göstərir. Həmin İşçi Qrupu dövlət qurumları ilə əməkdaşlıq edib, psixoloq və mütəxəssislərlə görüşlər keçirib. Bundan başqa, beynəlxalq təcrübədən də yararlanıb. Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürmə prosesində ailələrə yardım da nəzərdə tutulur.

Övladlığa götürmə prosesində 3 qurum iştirak edir: 3 yaşdan aşağı uşaqlarla Səhiyyə Nazirliyi, 3 yaşdan yuxarı ilə Təhsil Nazirliyi, vətəndaşlığı olmayan uşaqlarla isə Ailə, Qadın və Uşaq Komitəsi məşğul olur. Əvvəl insanlar övladlıq götürmək üçün 10 addım atırdısa, yeni sistemlə bu say azalacaq. İyunun 1-dən alt sistemin tətbiqi nəzərdə tutulur.

Övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi məqsədilə həmin ailələrdə monitorinqlər aparılacaq. Ailənin mənzil şəraitindən, maddi durumundan tutmuş, ailə üzvlərinin xəstəliklərinə qədər araşdırılacaq. Övladlığa götürülən uşağa 18 yaşına qədər nazirliyin ciddi nəzarəti olacaq”, – nazirlik rəsmisi bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyev övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalamışdı.

www.yenicag.az

1471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv