Pandemiyanın yeni dalğası başlayıb? - İDDİA

media-hightechnic-468x90

Nüfuzlu “Pfizer” əczaçılıq şirkətinin baş direktoru Albert Burla pandemiyanın yeni dalğasının başladığını söyləyib.

Yenicag.az xəbər verir ki,  o, bu barədə İsrailin “The Jerusalem Post” qəzetinə müsahibəsində danışıb.

“Hələlik insanlar həkimlərin əllərində olan dərmanlar sayəsində adi həyat tərzinə təhlükəsiz şəkildə davam edə bilirlər. Bəli, birmənalı olaraq deyə bilərəm ki, pandemiyanın yeni dalğası başlayıb. Düşünürəm ki, hələ hamı peyvəndin dördüncü dozasını qəbul etməyib və hazırda nəzarət etmək daha çətin olan “omicron” ştamı yayılıb. Peyvənd COVID-19-dan xəstəxanaya yerləşdirilmə və ya ölüm ehtimalını azaldır”, – baş direktor iddia edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600